Noyabrın 15-də Azərbaycan Turizm İnstitutu (ATİ) biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və «AZINKA HR&CC Company»nin məsul nümayəndələrinin iştirakı ilə ali təhsil ocağının qeyd edilən fakültə tələbələri üçün «Karyeranın planlaşdırılması» mövzusunda seminar keçirilib.
Seminarda biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev, marketinq kafedrasının müdiri Anar Eminov, «LC Waikiki Retail Az Limited Liability Company»nin İşə qəbul üzrə mütəxəssisi Abid Səmədov, «AZINKA HR&CC»nin Insan resursları şöbəsinin rəisi Zaur Əliyev və «Business Sevices Consulting» şirkətinin icraçı direktoru Təranə Mahmudova iştirak ediblər. Şirkət təmsilçiləri tədbirlərin vaxtaşırı keçirilməsinə diqqət ayıracaqlarına, tələbələrin təcrübə semestrinin uğurlu təşkilinə və yerləşdirilməsinə çalışacaqlarına, ən başlıcası isə məzunların işlə təminatına bilavasitə böyük dəstək olacaqlarına söz veriblər.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar