Azərbaycanın aran bölgəsində yerləşməsinə və isti iqlimə malik olmasına baxmayaraq, Yevlax rayonunda bir sıra turizm istiqamətlərini inkişaf etdirmək mümkündür. Bu barədə danışan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun sözlərinə görə, Kür çayının rayondan keçməsi turizm üçün əlverişli zəmin yaradır. Varvara kəndində balıq ovu ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur. Şöbə müdiri Mədəniyyət və Turizm Nazirliyinə bununla bağlı təkliflər təqdim edildiyini dedi: «Yevlax rayonu “İpək Yolu” beynəlxalq turizm marşrutunun üzərində yerləşir. Bu marşrutla hərəkət edən turistlər bir çox hallarda bizim rayonda dayanır, bu yerləri görmək istəyirlər. Azərbaycanın hər bir tərəfində olduğu kimi, rayonumuzda da geniş abadlıq-quruculuq işləri aparılır. Müxtəlif tədbirlərə ev sahibliyi edirik. Bununla əlaqədar qonaqlarımız da çox olur. Hazırda Yevlaxda iki turizm obyekti fəaliyyət göstərir. Gələn qonaqları qarşılayıb yola salmaq imkanlarımız var».

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar