Elçin Hüseynbəylinin yeni romanı çapdan çıxıb 
   
   Yazıçı Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» adlı romanı işıq üzü görüb. «Qanun» nəşriyyatında nəfis dizaynla çıxan kitab iki min nüsxədir. 
   Roman kəskin süjeti, dinamik təhkiyəsi ilə fərqlənir. «Çaşmış insanlar haqqında çaşqın bir roman» kimi dəyərləndirilən əsərdə qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılıb. Romanda əkiz bacılar - Fatimə və Züleyxanın timsalında şərq-qərb ziddiyyəti, şərq-qərb əxlaqının qarşıdurması əksini tapıb.
   Elçin Hüseynbəyli bu romanla yeni layihəyə də imza atmaq istəyir. O, «Bölgələrdə imza günü» keçirmək niyyətindədir. Yazıçı bildirib ki, layihənin məqsədi kitabı təbliğ etmək, onu gündəmə gətirməkdir.