Noyabrın 28-də «Baku Kitchen Academy»nin (BKA) fəaliyyətə başlaması münasibətilə tədbir keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Türkiyə Aşçılar və Şeflər Federasiyasının başqanı Yalçın Manaf, TURSAB-ın başqanı Yavuz Keleş, Azərbaycan turizm sektorunun tanınmış nümayəndələri iştirak edirdilər.

«Baku Kitchen Academy» Türkiyənin «Özkaya Group» şirkətlər qrupuna daxildir. Şirkətin rəhbəri Osman Gezeker açılış nitqində qeyd etdi ki, Azərbaycanda belə məktəbin açılmasına ehtiyac var. Azərbaycanda xidmət sektorunun inkişafı bir türk iş adamı olaraq onun da marağındadır.
TURSAB başqanı Yavuz Keleş turizm sektorunda mətbəxin öz yeri və rolu olduğunu söylədi: «İnanıram ki, akademiyanın məzunları peşəkar aşpaz olaraq yetişəcəklər və turizm sektorunun inkişafına öz töhfələrini verəcəklər».
«Millennium Tourism and Congress» şirkətinin rəhbəri Ruslan Quliyev də ölkəmizdə dünya standartlarına cavab verən xidmət sektorunun təşkilində kadr hazırlığının əhəmiyyətini vurğuladı: “Turizmdə keyfiyyətli xidmət naminə bütün tərəflər bir arada olmalıdır. Bu üzdən mən Bakıda belə bir akademiyanın fəaliyyətə başlamasını yüksək qiymətləndirirəm».
«Baku Kitchen Academy»nin müdiri Fırat Dursun qəzetimizə açıqlamasında məktəbin fəaliyyəti, kursların təşkili və qəbul şərtləri barədə danışdı: «Baku Kitchen Academy»də peşəkar kadrlar hazırlaması üçün əlimdən gələni edəcəyəm. Aşpazlıq sənətini öyrənən, sadəcə, bu işə həvəsi olan hər kəs burada təhsil ala bilər. Aşpazlara mətbəx sirləri, yeməyin hazırlanması və servisi türkiyəli və azərbaycanlı mütəxəssislər tərəfindən öyrədiləcək. Dinləyicilərimiz dünya mətbəxi ilə bərabər, Azərbaycan milli mətbəx nümunələrini də öyrənəcəklər. 35-ə yaxın dərs proqramımız var. Yaşı 16-dan yuxarı olan hər kəs bu kurslarda iştirak etmək üçün bizə müraciət edə bilər. 16 yaşdan aşağı olanlara isə şirniyyatların hazırlanmasını öyrədəcəyik. Kurslarımız da dinləyicilərin istəyinə uyğun proqramlaşdırılıb. Aşpazlıq sənətini sıfırdan öyrənməyə başlayanlar üçün 8 aylıq, bu işi təkmilləşdirmək istəyənlər üçün 3 aylıq, sadəcə, bu peşəni özü üçün hobbi seçib hər hansı bir yeməyin, şirniyyatın hazırlanması qaydasını öyrənmək istəyənlər üçün isə 1 aylıq, 1 həftəlik, hətta birgünlük kurslarımız var. Hazırda məktəbə sənəd qəbulu davam edir. İlk günlərdən insanlarda bu sənəti öyrənməyə çox böyük maraq hiss edirəm».

 Fəxriyyə Abdullayeva
 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar