Azərbaycanda hava şəraitindən asılı olaraq dekabrın 20-25-də qış turizm mövsümünün elan edilməsi planlaşdırılır. Bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, nazirliyin Turizm şöbəsi “Şahdağ” Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birlikdə mövsümlə əlaqədar turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək. Çünki kompleksdə əsas narazılıqlar xizək sürülməsi üçün geyimlərin verilməsi vaxtı yaranan növbə ilə bağlı olur. Bu problemin həlli üçün bu il turizm şirkətləri xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan alacaq və bu məlumatları “Şahdağ” Qış-Yay Turizm Kompleksi İdarəsinə verəcək. Gələn turistlərə əvvəlcədən hazırlanmış və nömrələnmiş geyimlər təqdim olunacaq.
Xidmətlərin qiymətləri barədə də danışan nazir qeyd etdi ki, bu il “Şahdağ”da qiymətlərdə artım olmayacaq və kompleksdə çoxçeşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar