Azərbaycan Turizm İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisaslarında kadr hazırlığı problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov dəyirmi masa ətrafında fikir mübadiləsi aparmaq təşəbbüsünün Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva tərəfindən irəli sürüldüyünü diqqətə çatdırıb. Bildirib ki, bu görüşün nəticəsi olaraq muzeyşünaslığa dair mövzular sinxronlaşdırılmaqla yanaşı, yeni tədris üsullarının sürətli tətbiqinə zəmin yaranacaq.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva muzeyşünaslıq ixtisası üzrə kadr hazırlığı prosesində formaya deyil, məzmuna daha çox önəm verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, hər bir işdə konkret səmərə olmalıdır.
Dəyirmi masada müvafiq fənn üzrə hər iki ali təhsil ocağının professor-müəllimləri fikir mübadiləsi aparıblar. Sonda belə tədbirlərin mütəmadi təşkil olunması qərara alınıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar