“Mən ilk dəfə Bakıya tələbə ikən gəlmişdim. O vaxt da paytaxtınız Cənubi Qafqazın ən gözəl şəhəri idi, indi də. Bu gün isə Bakı mədəniyyət və idman paytaxtına çevrilir”.
II Bakı Beynəlxalq İdman Filmləri Festivalının münsiflər heyətinin sədri Endre Florian bu sözləri “Baku Guide” bələdçi kataloqunun dekabr sayında dərc olunan eksklüziv müsahibəsində deyib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun yeni sayı da zəngin materialları, nəfis tərtibatı və dizaynı ilə seçilir.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin növbəti buraxılışında paytaxtımızın mədəni və işgüzar həyatı, dekabr ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, kinoteatr, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur.
2015-ci ili Bakıda qarşılamaq, bayramı yaddaqalan etmək istəyən qonaqlar, eləcə də paytaxt sakinləri Yeni il münasibətilə təşkil olunacaq əyləncəli gecələr, bayram şənlikləri barədə ətraflı informasiya ala bilərlər.


17-22 dekabr tarixində Şəkidə 9-cu dəfə keçiriləcək Prezident Kuboku uğrunda çövkən milli oyunu da əcnəbi qonaqlar üçün zəngin təəssürat ola bilər. “Azərbaycan mətbəxi” rubrikamızda oxucular daha bir ləzzətli təamımız - ləvənginin hazırlanma qaydası ilə tanış olacaqlar.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə" və digər bölmələr, şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar