Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayında aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: "Tour De Vorld", "ABDU-TRAVEL", "Flay-İnn" MMC, “Five Star Travel", "Air Tour", "Crystal Travel", "Royal Travels and Services" MMC (hamısı Bakı şəhəri).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 272-yə çatıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayında bir sıra mehmanxanalara, mehmanxana və mehmanxana tipli obyektlərə də lisenziya verilib: "Qız qalası" mehmanxanası (Bakı), "Məhsul" istirahət mərkəzi (İsmayıllı rayonu), "İnter Otel Grand Prospect" (Bakı), "Semerana" istirahət mərkəzi (Qəbələ rayonu), "Grata" mehmanxanası (Zaqatala şəhəri).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 306-ya çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar