Azərbaycan Turizm İnstitutunda biznes idarəçiliyi fakültəsinin tələbələri üçün Biznes Akademiyasının direktoru Günel İbrahimin təqdimatında seminar keçirilib. Tələbələr «Biznes etikası», «Uğurlu karyera» və «İş görüşmələri» mövzularında məlumat alıblar. Seminar-təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb və bu formatda tədbirlərin davamlı təşkili qərara alınıb.
Tədbirdən əvvəl biznes idarəçiliyi fakültəsinin dekanlığında «Biznes Akademiyası»nın direktoru Günel İbrahimlə keçirilən görüşdə isə iş dünyasının və əmək bazarının ehtiyac və tələbləri, müasir dövrdə kadr hazırlığı istiqamətində görülən məqsədəuyğun fəaliyyət və eləcə də qarşılıqlı işbirliyi barədə fikir mübadiləsi aparılıb.

Fəxriyyə Abdullayeva