Azərbaycan Turizm İnstitutunun müəllimi Rəhman Səfərov Türkiyənin Antalya şəhərindəki Akdeniz Universitetində «Mövlanə mübadilə proqramı” çərçivəsində keçirilən tədbirdə iştirak edib. R.Səfərov universitetdə turizmdə nəqliyyat və turizm iqtisadiyyatı fənlərindən mühazirə oxuyub.
2013-cü ildən başlayaraq Azərbaycan Turizm İnstitutu Akdeniz Universiteti ilə «Mövlanə mübadilə proqramı” çərçivəsində əməkdaşlıq edir. Bu ilin sentyabr ayından ATİ-nin 2 tələbəsi turizm menecmenti sahəsində öz təhsillərini bu təhsil ocağında davam etdirirlər. Gələn il üçün proqram çərçivəsində Akdeniz Universitetinə göndəriləcək müəllim və tələbə sayının artırılması məsələsi nəzərdən keçirilir.
Fəxriyyə Abdullayeva