Azərbaycan Turizm İnstitutunda (ATİ) xidmət mühəndisliyi fakültəsinin qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün «Karyeranın planlaşdırılması» mövzusunda seminar təşkil olunub. Seminarda «Az-Granata» MMC-nin istehsalat rəisi, texnika elmləri doktoru Vüqar Mikayılov tələbələrə təmsil etdiyi şirkətin məhsulları haqqında ətraflı məlumat verib, müəssisədə həyata keçirilən istehsal prosesləri barədə danışıb. O, həmçinin zavodun yeni açılacaq bölmələrində ATİ tələbələrinin ixtisaslı kadr kimi çalışmaları üçün imkanların olduğunu diqqətə çatdırıb, tələbələrin suallarını cavablandırıb.

Fəxriyyə