Vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılmışdır. Portal vasitəsilə turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.
2014-cü il ərzində 72 turizm şirkətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Bu şirkətlərdən 71-i Bakı şəhəri, 1-i Gəncə şəhəri ərazisində yerləşir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır. Bu şirkətlərin təqribən 35%-i gəlmə və daxili turizm, 65%-i isə getmə turizm növü ilə məşğul olur.
2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5% artım müşahidə olunmuşdur. Bu da ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının, sahibkarların bu sahəyə marağının artmasının və turizmin davamlı olaraq inkişafının göstəricisidir.
Bu il turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olmuşdur. 2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə edilən gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 milyon manatdan çox olmuşdur. Bu da keçən ilin analoji dövrü (14 milyon manat) ilə müqayisədə 14,3% çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 milyon manat) isə ötən ilin analoji dövrü (1,3 milyon) ilə müqayisədə təqribən 53,8% çox olmuşdur.
Turizm şirkətləri ilk növbədə Azərbaycan Turizm Assosiasiyası və bu ildən fəaliyyət göstərən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (sağlamlıq turizmi üzrə), həmçinin Azərbaycan Konqreslər Bürosu (MİCE turizmi üzrə) çərçivəsində sıx əməkdaşlıq edirlər.
Eyni zamanda qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar