2013-cü ildə Azərbaycanın Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilməsindən sonra ölkəmiz dünya turizmində daha aktiv rol oynamağa, müxtəlif layihə və tədbirlərə ev sahibliyi etməyə başlayıb.

Bu ilin aprelində Bakıda DTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" mövzusunda seminar təşkil edilib. 30 ölkədən 70-dən çox nümayəndənin qatıldığı tədbirlərdə Avropa turizminin problemləri, inkişaf perspektivləri, dövlət-özəl sektor əməkdaşlığı, yeni turizm məhsullarının təşviqində müasir əməkdaşlıq formaları və s. məsələlər müzakirə edilib.
3-7 iyun tarixində İspaniyada keçirilən DTT-nin İcraiyyə Şurasının 98-ci sessiyasında ölkəmizin nümayəndə heyəti iştirak edib. Sessiyada "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılıb və növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə əlaqədar xüsusi bəndin salınması və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanması təklif edilib.
Daha sonra, 1-4 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində İcraiyyə Şurasının 99-cu iclasında sözügedən layihənin Dünya Etika Komitəsinin 17-19 noyabrda keçirilən iclasında baxılması qərara alınıb. Qeyd edək ki, Azərbaycanın bu qətnaməni təqdim etməkdə məqsədi dünyada turistlərin təhlükəsizliyinin təmin edilməsi, milli və beynəlxalq hüquq normalarının pozulmasının və münaqişəli ərazilərin turizm məqsədilə təbliğinin qarşısının alınmasıdır.
Mədəniyyət və Turizm Nazirliyinin DTT ilə əməkdaşlığı yalnız beynəlxalq tədbirlərdə iştirakla məhdudlaşmır. Mütəmadi olaraq keçirilən sorğular, seminarlar, təlimlər, təşkilat tərəfindən nəşr olunan materiallarda Azərbaycanla bağlı məlumatların hazırlanması və yenilənməsi və s. fəaliyyətlər nazirliyin təşkilat çərçivəsində mövqeyini yüksəldib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar