2013-cü ildən etibarən fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizə biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsidir. Qurum Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsünün nəticəsi olaraq meydana gəlib. Konqreslər Bürosunun hazırda 14 üzvü var.
Büro öz üzvləri üçün işgüzar turizmə dair treninqlər təşkil edib, nazirliyin xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə Azərbaycanda həmin ölkənin MİCE şirkətlərinin nümayəndələri üçün infoturlar təşkil edilib, görüşlər keçirilib, biznes əlaqələri qurulub.
2014-cü ildə Azərbaycan Konqreslər Bürosu tərəfindən 5 MİCE tədbiri ölkəmizə cəlb olunub. Bununla yanaşı, irimiqyaslı MİCE tədbirlərinin ölkəmizə cəlb edilməsi məqsədilə müvafiq beynəlxalq tender müsabiqələrində iştirak nəzərdə tutulub. Büro Azərbaycanın Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətmək və növbəti beş ildə ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini hədəfləyir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar