Son vaxtlar elektron vasitələrin mühüm və effektiv marketinq kanalına çevrilməsi turizm sahəsində də geniş istifadəyə zəmin yaradıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış www.azerbaijan.travel milli turizm portalı daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları, turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və təbliğat vasitəsi rolunu oynayır. Sayt 2013-cü ildə Azərbaycan, ingilis, rus və Çin dillərində yaradılıb, 2014-cü ildə türk, fransız və alman versiyaları istifadəyə verilib. Beləliklə, ölkəmizin rəsmi turizm internet portalı artıq 7 dildə fəaliyyət göstərir. Bu il ərzində sayta Azərbaycan, Rusiya, Böyük Britaniya, Ukrayna, ABŞ və digər ölkələrdən təxminən 600 min istifadəçi daxil olub.
Bu dövrdə nazirliyin turizm üzrə facebook səhifəsində də ölkəmizin turizm potensialı haqqında materiallar yerləşdirilib. Nazirliyin turizm üzrə facebook səhifəsi izləyicilərin sayına görə (like üzrə) dövlət qurumları tərəfindən yaradılmış müvafiq səhifələr sırasında 4-cü yerdədir.
Gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman və rus saytlarında müvafiq elektron bannerlər yerləşdirilib, onlayn müsabiqələr keçirilib. Azərbaycanın regionlarının turizm potensialı bloqqerlər tərəfindən təbliğ olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən iki layihə üzrə regionlarla bağlı ümumilikdə 25 məqalə hazırlanıb, yüzlərlə şəkil yayımlanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar