Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm məhsulunun rəqabət qabiliyyətinin yüksəldilməsi, daxili turizmin təbliği və təşviqi məqsədilə müxtəlif layihələr həyata keçirilir.

Bu tədbirlərdən biri 2014-cü ilin avqust-sentyabr və noyabr aylarında ölkə başçısının təşəbbüsü ilə respublikanın 9-10-11-ci sinif şagirdlərinin maarifləndirilməsi üçün həyata keçirilmiş "Ölkəmizi tanıyaq" ekskursiyalarıdır.
Turlarda 65 şəhər və rayondan ümumilikdə 3040 şagird iştirak edib. Layihə böyük marağa səbəb olub. Turlar ölkəmizin tarixi keçmişinin, müxtəlif bölgələrin təbiətini, adət və ənənələrinin əyani şəkildə öyrənilməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, eləcə də onlarda səyahət və turizm vərdişlərinin aşılanmasına töhfə verib.
Mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il turpaketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə 15 noyabrda Bakıdakı "Park Bulvar" ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq "Mövsüm səyahət yarmarkası" təşkil olunub. Yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana öz xidmət və məhsullarını təklif edib.
Bölgələrdə yeni mədəni və digər tematik marşrutların yaradılması və təbliği istiqamətində aparılan işlərin davamı olaraq Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun turizm potensialını tanıtmaq məqsədilə 10-12 oktyabr tarixində "Azərbaycanda alman məskənləri" və "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin və media nümayəndələrinin iştirakı ilə bölgəyə infotur keçirilib.
Həmçinin 20-21 may tarixində Azərbaycanda akkreditasiyadan keçmiş 28 ölkənin diplomatik nümayəndələri üçün şimal (Quba-Qusar), 4-5 noyabr tarixində isə 27 ölkənin diplomatik nümayəndələri üçün şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutu üzrə səfərlər təşkil olunub. Diplomatlar və onların ailə üzvləri səfərlərə böyük maraq göstəriblər.
Təşviqat xarakterli belə tədbirlərin keçirilməsi son zamanlar daxili turizmdə canlanma müşahidə olunmasına bariz nümunədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar