2014-cü il öl­kə­miz­də qey­ri-neft sek­to­ru­nun prio­ri­tet sa­hə­lə­rin­dən olan tu­rizm sek­to­run­da da müx­tə­lif ye­ni­lik­lər­lə, la­yi­hə­lər­lə zən­gin bir il ol­du.

A­zər­bay­can tu­riz­mi bey­nəl­xalq aləm­də

Bu il Azər­bay­ca­nın tu­rizm po­ten­sia­lı­nın bey­nəl­xalq aləm­də ta­nı­dıl­ma­sı məq­sə­di­lə həm öl­kə­miz­də, həm də xa­ric­də bir çox təd­bir­lər ke­çi­ri­lib. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi öl­kə­mi­zi İs­tan­bul, Ber­lin, Mosk­va, Ki­yev, Du­bay, Al­ma­tı, Pa­ris, Lon­don və s. şə­hər­lər­də ke­çi­ri­lən bey­nəl­xalq tu­rizm sər­gi­lə­rin­də təm­sil edib. Sər­gi­lər­də zi­ya­rət­çi­lə­rə Azər­bay­can tu­riz­mi ilə bağ­lı müx­tə­lif dil­lər­də rek­lam-çap məh­sul­la­rı pay­la­nıb. Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə sent­yabr­da Pa­ris­də «A­zər­bay­can şə­hər­ci­yi» ad­lı sər­gi və di­gər sil­si­lə təd­bir­lər ke­çi­ri­lib. Təd­bir­lər­də na­zir­lik tə­rə­fin­dən Azər­bay­can mə­də­niy­yə­ti­nin və tu­riz­mi­nin təb­li­ği də hə­ya­ta ke­çi­ri­lib. Ey­ni za­man­da öl­kə­mi­zin tu­rizm im­kan­la­rı­na da­ir rek­lam çarx­la­rı «Eu­ro­news», «TV5 Mon­de», «Ros­si­ya 2», «Mo­ya pla­ne­ta» te­le­ka­nal­la­rın­da nü­ma­yiş olu­nub.
Bey­nəl­xalq qu­rum­lar­la tu­rizm sa­hə­sin­də əmək­daş­lıq da­vam et­di­ri­lib. Öl­kə­mi­zin tu­rizm po­ten­sia­lı­nın Ru­si­ya ba­za­rın­da təb­liğ edil­mə­si məq­sə­di­lə Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi bu öl­kə­də tu­rizm nü­ma­yən­də­li­yi açıb.
Ap­rel­də Ba­kı­da ənə­nə­vi Azər­bay­can Bey­nəl­xalq Tu­rizm və Sə­ya­hət­lər Sər­gi­si (AİTF-2014) ke­çi­ri­lib. Buil­ki sər­gi­yə 38 öl­kə­dən 351 şir­kət və təş­ki­lat qa­tı­lıb, ey­ni za­man­da Azər­bay­ca­nın 22 şə­hər və ra­yo­nu­nun sten­di yer alıb. Sər­gi gün­lə­rin­də pay­tax­tı­mız­da BMT-nin Dün­ya Tu­rizm Təş­ki­la­tı­nın Av­ro­pa Ko­mis­si­ya­sı­nın 57-ci ic­la­sı və «Sə­mə­rə­li tu­rizm klas­ter­lə­ri­nin in­ki­şa­fı» üz­rə se­mi­nar ke­çi­ri­lib.

Tu­riz­mə da­ir bir sı­ra sə­nəd­lər ha­zır­la­nıb

Bu il tu­riz­mə da­ir bir sı­ra mü­hüm sə­nəd­lə­rin ha­zır­lan­ma­sı ilə də yad­da qa­lıb. «Bə­ləd­çi­lə­rin fəa­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si­nə da­ir 2014-2015-ci il­lər üçün təd­bir­lər pla­nı», «A­zər­bay­can­da 2014-2024-cü il­lər üçün tu­rizm stra­te­gi­ya­sı» ha­zır­la­nıb.
A­zər­bay­can ic­ti­maiy­yə­ti­ni na­ra­hat edən mə­sə­lə­lər­dən bi­ri Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal edil­miş əra­zi­lə­ri­mi­zə qa­nun­suz tu­rist sə­fər­lə­ri­nin təş­ki­li ilə bağ­lı­dır. 2-4 okt­yabr ta­ri­xin­də Dün­ya Tu­rizm Təş­ki­la­tı İc­raiy­yə Şu­ra­sı­nın Öz­bə­kis­ta­nın Sə­mər­qənd şə­hə­rin­də ke­çi­ri­lən ic­la­sın­da Azər­bay­can tə­rə­fin­dən ha­zır­lan­mış «Mü­na­qi­şə zo­na­la­rı­nın təb­li­ği­nin və tu­riz­min qa­nun­suz məq­səd­lər üçün is­ti­fa­də­si­nin qar­şı­sı­nın alın­ma­sı» ad­lı qət­na­mə mü­za­ki­rə edi­lib. Mə­sə­lə­yə qu­ru­mun növ­bə­ti ic­la­sın­da ba­xı­la­caq.
Tvin­ninq la­yi­hə­si çər­çi­və­sin­də Azər­bay­can­da tu­rizm sta­tis­ti­ka­sı­nın möv­cud və­ziy­yə­ti haq­qın­da he­sa­ba­ta əsa­sən da­xi­li tu­rizm sa­hə­sin­də mü­va­fiq təh­lil­lər apa­rı­lıb. Da­xi­li tu­rizm haq­qın­da sta­tis­tik mə­lu­mat­la­rın yı­ğıl­ma­sı və da­xi­li tu­rizm pers­pek­ti­vi­nin araş­dı­rıl­ma­sı məq­sə­di­lə 6 mər­hə­lə­dən iba­rət ola­caq «Yer­li tu­rist­lə­rin öl­kə da­xi­li sə­ya­hət ten­den­si­ya­sı­nın öy­rə­nil­mə­si» möv­zu­sun­da ba­zar araş­dır­ma­sı­nın ilk mər­hə­lə­si baş­la­nıb.
Yer­li və­tən­daş­la­rın xa­ri­ci öl­kə­lə­rə sə­fər ten­den­si­ya­la­rı­nın araş­dı­rıl­ma­sı məq­sə­di­lə «E­RA Re­search» mar­ke­tinq şir­kə­ti tə­rə­fin­dən «Xa­ri­ci tu­rizm­dən is­ti­fa­də sə­bəb­lə­ri­nin öy­rə­nil­mə­si» sor­ğu­su ke­çi­ri­lib. Tu­rizm sə­na­ye­si ilə işin tək­mil­ləş­di­ril­mə­si, tu­rizm sa­hə­sin­də möv­cud olan prob­lem­lə­rin mü­za­ki­rə olun­ma­sı və ara­dan qal­dı­rıl­ma­sı məq­sə­di­lə döv­lət və özəl sek­to­run nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə beş iş­çi qru­pu ya­ra­dı­lıb. Qeyd olu­nan qrup­lar «Gəl­mə tu­riz­mi və elekt­ron vi­za», «Get­mə tu­riz­mi», «Tu­rizm təh­si­li», «Bə­ləd­çi­lər» və «Müa­li­cə­vi tu­rizm» möv­zu­la­rı üz­rə fəa­liy­yət gös­tə­rə­cək­lər.

62 tu­rizm şir­kə­ti, 74 meh­man­xa­na li­sen­zi­ya alıb

2014-cü ilin yan­var-no­yabr ay­la­rı ər­zin­də 62 hü­qu­qi və fi­zi­ki şəx­sə tu­rizm fəa­liy­yə­ti, 74 hü­qu­qi və fi­zi­ki şəx­sə isə meh­man­xa­na və meh­man­xa­na tip­li ob­yekt­lə­rin fəa­liy­yə­ti ilə məş­ğul ol­maq üçün li­sen­zi­ya ve­ri­lib. Ha­zır­da Azər­bay­can­da 272 tu­rizm şir­kə­ti, 306 meh­man­xa­na Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin li­sen­zi­ya­sı ilə fəa­liy­yət gös­tə­rir. Bun­dan baş­qa, «Tu­rist-eks­kur­si­ya xid­mət­lə­ri­nin ser­ti­fi­kat­laş­dı­rıl­ma­sı Qay­da­sı»­na əsa­sən, 2014-cü il ər­zin­də eks­pert qru­pu tə­rə­fin­dən 37 ob­yek­tə ba­xış ke­çi­ri­lib və be­lə­lik­lə, döv­lət təs­ni­fa­tın­dan keç­miş meh­man­xa­na və meh­man­xa­na tip­li ob­yekt­lə­rin sa­yı 75-ə ça­tıb.
2013-cü ilin mar­tın­dan tət­bi­qi­nə baş­la­nı­lan elekt­ron tu­rist vi­za sis­te­mi bu il də tət­biq olu­nub. Bu gü­nə qə­dər öl­kə­miz­də gəl­mə tu­rizm­lə məş­ğul olan 55 tu­rizm şir­kə­ti Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən akk­re­di­ta­si­ya­dan ke­çi­ri­lə­rək bu sis­te­mə qo­şu­lub.
Ba­şa ça­tan ilin tu­rizm sa­hə­sin­də ən mü­hüm ye­ni­lik­lə­rin­dən bi­ri Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin Tu­rizm İns­ti­tu­tu­nun ba­za­sın­da Azər­bay­can Tu­rizm və Me­nec­ment Uni­ver­si­te­ti­nin ya­ra­dıl­ma­sı ba­rə­də öl­kə Pre­zi­den­ti­nin de­ka­brın 22-də im­za­la­dı­ğı sə­rən­cam ol­du. Qeyd edək ki, ha­zır­da ali təh­sil oca­ğın­da 3 fa­kül­tə, 10 ka­fed­ra, 11 ix­ti­sas üz­rə ba­ka­lavr sə­viy­yə­sin­də 1527 nə­fər, ma­gist­ra­tu­ra­da 146, dok­to­ran­tu­ra­da 55, ikin­ci ali təh­sil­də 27, ilk pe­şə ix­ti­sas təh­si­li üz­rə Ba­kı Tu­rizm Pe­şə Mək­tə­bin­də 12 ix­ti­sas üz­rə 460 şa­gird bi­lik­lə­rə yi­yə­lə­nir. 2015-ci il Azər­bay­can­da tu­rizm təh­si­li üçün ye­ni in­ki­şaf mər­hə­lə­si ola­caq.

Fəx­riy­yə Ab­dul­la­ye­va







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar