Yanvarın 24-də “Şahdağ” Turizm Kompleksində «Jaguar Snow Bowling» yarışı keçiriləcək. Layihə «SaySome Production» və «Jaguar Energy Drink» tərəfindən turizm kompleksinin dəstəyi ilə təşkil olunacaq yarışda iştirak etmək istəyənlər yanvarın 10-dək ünvanında qeydiyyatdan keçməlidir.
Qışın ən ekstremal və maraqlı oyunun qaydalarına görə, iştirakçılardan biri ikikamerali böyük bir hava şarının içərisinə daxil olur. Şar böyük sürətlə hündürlükdən aşağıda düzülmüş 3 metrlik nəhəng keqliləri dağıtmaq üçün dağdan aşağı atılacaq. Şarı həmin yola gətirən ikinci iştirakçı isə bütün gücü ilə şarın qabağında qaçacaq ki, altında qalmasın.
İştirak etmək istəyənlər çıxışlarında istifadə edəcəkləri musiqini də seçməlidir, iştirakçılara müəyyən səhnəcik göstərmək üçün imkan da veriləcək. Onların bütün xərcləri (avtobus, yemək və s.) təşkilatçılar tərəfindən qarşılanacaq və qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar