Son vaxtlar fransız mətbuatında Azərbaycanda turizm imkanlarının genişlənməsi, yeni turizm marşrutlarının açılması, qış turizminin inkişaf etməsi barədə yazılara mütəmadi yer verilir. Parisdə nəşr olunan “Le Quotidien du Tourizme” qəzetində dərc edilən “Autograph Collection” Azərbaycanda dörd lüks hotel açır” sərlövhəli məqalə də bu mövzudadır.
Yazıda qeyd olunur ki, beynəlxalq “Marriott” hotellər qrupunun mənsub olduğu “Autograph Collection” şirkəti əsrarəngiz Şahdağda qış turizmi və dağ-xizək kompleksinin istifadəyə verilməsi ilə əlaqədar artan turist axınını nəzərə alaraq 167 otaqlı müasir tələblərə cavab verən yeni hotel inşa edir. Yeni hotelin qış mövsümünə uyğun və Avropa dağlarında istifadəyə verilən hotellər üslubunda inşa olunduğu vurğulanır. Məqalədə həmçinin “Autograph Collection” qrupunun Bakıda və Xəzər dənizi sahilində daha üç hotelin inşasını həyata keçirdiyi diqqətə çatdırılır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar