Layihənin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin inkişafına mühüm töhfə olacaq

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.

“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına layihə barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.
Yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. “Xəyal adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən qolf mərkəzi, göllər və peyzaj sahələri yaradılır.
Dövlət başçısı layihədən bəhs edən videoçarxa baxıb. Qeyd olunub ki, “Xəyal adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Burada fəaliyyət göstərəcək məktəb kompleksində uşaq bağçası, aşağı və yuxarı siniflər üçün təhsil, gimnastika və idman binaları, futbol meydançası istifadəyə veriləcək. Bunun üçün təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABİS” sisteminin tətbiq olunduğu məktəblər şəbəkəsi seçilib. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması da nəzərdə tutulub.
Prezident “Xəyal adası” qolf klubu ilə tanış olub, elektromobillə qolf sahəsini gəzib. Dövlət başçısına məlumat verilib ki, beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə imkan verəcək 18 çalalı qolf sahəsində son tamamlama işləri aparılır. “Xəyal adası”nda qolf klubunun yaradılması bir daha təsdiqləyir ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qolf klubundakı şərait dünya standartlarına tam cavab verəcək. Gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Sonra dövlət başçısı ərazini gəzib, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış olub. Qeyd edilib ki, layihədəki hotel, ticarət mərkəzləri, məktəb kompleksi, villalar, mənzillər, göllər və peyzaj sahələrində tikinti işləri davam edir. İlkin mərhələdə kommunal xidmətlər üçün nəzərdə tutulmuş infrastruktur artıq hazırdır. Villalarda və mənzillərdə beton işləri başa çatıb.
Layihənin reallaşmasında iki mindən artıq yerli işçi çalışır. “Xəyal adası” həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq. Layihənin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.
Prezident tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar