ABŞ-ın «The New York Times» qəzetinin hazırladığı 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanı siyahısına Azərbaycanın paytaxtı da daxil edilib. Siyahıda dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən ölkələrin (Kuba, Makedoniya, Zimbabve, İtaliya və s.) şəhərləri yer alıb. Qəzetdə dərc olunan siyahıdakı bütün məkanlar haqqında məlumat verilir.

Bakı haqqında məlumatlarda bildirilir ki, qədim tarixi və Dubay stilli görünüşü bu şəhəri turist xəritəsində özünəməxsus istiqamət kimi bərqərar edib. XX əsrin sonunda başlanan ikinci neft bumu Xəzər sahilində yerləşən bu əzəmətli şəhərə böyük zənginlik və yeni imkanlar bəxş edib: «Son dövrlərdə Azərbaycan hökuməti neftdən gələn gəliri möhtəşəm tikinti layihələrinə yönəldir. Maraq kəsb edən layihələrə misal kimi, xarici görünüşü ilə alov dillərini xatırladan, 190 metr hündürlükdə olan və bir binası “Fairmont” hoteli olan “Alov Qüllələri” kompleksini və layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzinin dalğavarı ağ binasını göstərmək mümkündür. Şəhərdə «Four Seasons», «Hilton Baku» və «Kempinski Badamdar» kimi beynəlxalq nüfuza malik hotellər fəaliyyət göstərir. Bununla yanaşı, iyun ayında ölkədə keçiriləcək “Bakı-2015” Avropa Oyunları ilə açılışı təxminən eyni vaxta təsadüf edəcək 33 mərtəbəli və yelkən formasında inşa edilən «Trump International Hotel & Baku Tower»in binası da bu möhtəşəm tikililər siyahısına əlavə olunacaq». 


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar