«Fairmont Baku» mehmanxanası «Dünya Lüks Hotellər Mükafatı» təşkilatı tərəfindən «Best Luxury Suite Hotel» mükafatına layiq görülüb. «Dünya Lüks Hotellər Mükafatı» dünya üzrə qonaqlara göstərilən xidmət səviyyəsinə görə hotelləri təltif edən nüfuzlu beynəlxalq təşkilatdır. Təşkilat lüks hotel sektoru üzrə ixtisaslaşıb və turizm sənayesinin həmin sahəsi ilə bağlı təhlillər aparır.
Təşkilat turizm sahəsində fəaliyyət göstərən müəssisənin personalı tərəfindən əsasən keyfiyyətli müştəri xidmətinin davamlı olaraq yüksək səviyyədə saxlanılmasını qiymətləndirir. Dünya üzrə hər hansı bir brend mehmanxana üçün müvafiq meyarlar üzrə sənədləri təqdim etmək və «Dünya Lüks Hotellər Mükafatı” təşkilatının səsverməsində iştirak etmək olduqca nüfuzlu hadisə sayılır. Yalnız lüks kateqoriyalı mehmanxana kompleksləri və kurortlar «Dünya Lüks Hotellər Mükafatı» təşkilatına seçim üçün müraciət edə bilər.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar