Müstəqil Dövlətlər Birliyi ölkələrinin sakinlərinin istirahət üçün getmək istədikləri üç lider ölkədən biri Azərbaycandır. 2014-cü ilin MDB-də «Turizm ili» edilməsi ilə əlaqədar qurumun Parlamentlərarası Assambleyasının saytında aparılan səsvermədə 216 mindən çox insan «Birliyin üzvü olan hansı ölkədə istirahət etmək istərdiniz» sualına cavab verib.
Rusiyalı turizm operatorları MDB ölkələrinə turlara tələbatın davamlı artmasını qeyd edirlər. Onlar bildirirlər ki, turistlərin üstünlük verdiyi istiqamətlərin müəyyən edilməsində turların qiyməti mühüm rol oynayır. Uzaq xarici ölkələrlə müqayisədə MDB məkanına turlar xeyli ucuzdur. Bu ölkələrdəki kurortlarda rahatlıq səviyyəsi isə artıq Baltikyanı ölkələrlə müqayisə edilə bilər.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar