Azərbaycan Turizm və Menecment Universiteti ilə Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “Turoperator və turagent işinin təşkili” kurslarına qeydiyyat başlayıb. Universitetdən verilən məlumata görə, 3 ay davam edəcək kurs müddətində dinləyicilərə turoperator və turagent işinin təşkili, beynəlxalq turizm coğrafiyası barədə məlumat veriləcək, eyni zamanda kurs iştirakçıları müxtəlif turizm şirkətlərində profil üzrə təcrübə keçəcəklər. Proqram çərçivəsində AMADEUS kurslarına da qatılmaq mümkündür.
İmtahandan uğurla keçmiş iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin sertifikatı veriləcək. Dərslər Azərbaycan Turizm və Menecment Universitetinin əsas korpusunda keçiriləcək. Kurslar ödənişlidir.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə beş ilə yaxındır müxtəlif istiqamətlər üzrə kurslar təşkil edir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar