Qədim tarixi irsinə və coğrafi şəraitinə görə əlverişli turizm məkanı olan Qəbələdə bu sahənin inkişafı üçün mühüm işlər görülür. Hazırda Qəbələdə “Tufandağ” dağ-xizək kompleksində ikinci mərhələ, stend və ox atıcılığı kompleksində üçüncü mərhələ üzrə tikinti işləri aparılır. Bundan əlavə, akvapark, qolf idmanı və əyləncə mərkəzlərinin, Nohur gölü ətrafında yeni hotellər kompleksinin inşası davam etdirilir. Son bir ildə isə “Qafqaz Karvansaray” hotelinin, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin inşası da turizmin inkişafına əlavə zəmin yaradıb.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova bildirib ki, turizm və nəqliyyat infrastrukturunun genişləndirilməsi, 20-dək yeni və müasir istirahət mərkəzinin, hotellərin, sağlamlıq-idman komplekslərinin inşası nəticəsində bölgəyə gələn turistlərin sayı xeyli artıb. 2014-cü ildə rayona 50 mindən çox yerli və xarici turist gəlib.
Ötən il Qəbələ 30-dan artıq respublika və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirə ev sahibliyi edib. Bu tədbirlər də rayona istirahətə gələnlərin sayının artmasına müsbət təsir edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar