Azərbaycan vətəndaşları hər gün müxtəlif ölkələrə ya işgüzar, ya da turist səfərləri edirlər. Bu ölkələrdən bəzilərinə vətəndaşlarımız vizasız gedə bilərlər.
Hazırda Türkiyə və İran tərəfindən birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəliş rejimi tətbiq edilir. İran ərazisində Azərbaycan vətəndaşlarının vizasız yaşaması üçün 15 gün, Türkiyədə isə 1 aydır.
«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanuna əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bəzi ölkələrlə Azərbaycan arasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir. Lakin bu diplomatik və ya xidməti pasporta malik vətəndaşlara və onların ailə üzvlərinə aiddir. Bu kateqoriyadan olanlar 56 dövlətə vizasız gediş-gəliş imkanına malikdirlər. Bu ölkələrdə vizasız yaşamaq üçün icazə müddəti qarşılıqlı olaraq 14 gündən 90 günə qədərdir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar