Yanvarın 16-da Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Azərbaycan Turizm və Menecment Universitetində olub.
ATMU-nun rektoru Cəfər Cəfərov diplomata rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, fəaliyyəti, Misir Mədəniyyət Mərkəzi ilə əlaqələri barədə məlumat verib. Ahmed Sami Elaydi görüşdən məmnunluğunu bildirib, Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı 15 illik fəaliyyətindən danışıb.
Görüşdə Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə qədim Misir sivilizasiyasının tarixindən, mədəniyyətindən bəhs edən sərgilərin, mühazirələrin təşkil olunması, ölkələr arasında turizm sahəsində əməkdaşlıq perspektivlərindən söhbət açılıb.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar