Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm potensialının təbliği məqsədilə yaradılmış www.azerbaijan.travel internet saytının alman dilində versiyası yaxın vaxtlarda istifadəyə veriləcək. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, sayt 2013-cü ildə Azərbaycan, ingilis, rus və Çin dillərində yaradılıb. 2014-cü ildə saytın türk və fransız versiyaları təhvil verilib. Beləliklə, Azərbaycanın rəsmi turizm internet portalı 2015-ci ildən etibarən 7 dildə fəaliyyət göstərəcək.
2014-cü il ərzində sayta müxtəlif ölkələrdən təxminən 600 minə yaxın istifadəçi daxil olub. Bundan başqa, «Euronews» telekanalının euronews.net səhifəsində Azərbaycanın reklamı ilə bağlı kiçik banner yerləşdirilib və bu banner vasitəsilə 48 mindən çox istifadəçi www.azerbaijan.travel saytına daxil olub.
Qeyd edək ki, elektron marketinq vasitələrinin ənənəvi marketinq üsullarından daha effektiv və nisbətən ucuz olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən e-marketinq sahəsində tədbirlərin sayı artırılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar