Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniyanın mədəniyyət naziri Lana Mamkegh, əmək və turizm naziri Nidal Murdi Abdullah Katamin ilə görüşüb.
Mədəniyyət naziri ilə görüşdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, 2009-cu ildə Bakıda İordaniya, 2010-cu ildə isə İordaniyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin bu əməkdaşlığa töhfə verdiyi bildirilib.
Nazir İordaniya tələbələri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” esse yazı müsabiqəsi qaliblərinin Azərbaycanla tanışlıq səfərinin təşkilini, eləcə də “Univision” tələbələrin II beynəlxalq mahnı müsabiqəsində iordaniyalı tələbələrin iştirakına şərait yaradılmasını minnətdarlıqla qeyd edib. Cari ildə Azərbaycanda İordaniya mədəniyyət və incəsənət günlərinin keçirilməsinə dair təkliflərin tərəflər arasında müzakirə olunduğu diqqətə çatdırılıb.
İordaniyanın əmək və turizm naziri ilə söhbət zamanı turizm əlaqələrinin inkişafı ilə bağlı təşəbbüslərdən söz açılıb. Nazir Nidal Murdi Abdullah Katamin bu sahədə çalışan şirkətlər üçün infoturların təşkili, birbaşa aviareyslərin həyata keçirilməsi üçün bir neçə İordaniya aviaşirkəti və turizm şirkətlərinə müraciət etdiklərini və nəticələr barədə səfirliyə məlumat verəcəklərini söyləyib.
Öz növbəsində səfir S.Ağabəyov sözügedən məsələlərlə bağlı Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirərək, ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən böyük diqqət göstərildiyini, bu sahədə geniş infrastrukturun yaradıldığını qeyd edib.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar