2014-cü ildə Türkiyəyə 36 milyon 840 min əcnəbi səfər edib. Bu, 2013-cü illə müqayisədə 5,5 faiz çoxdur.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən ilin dekabr ayında xarici turist sayı 9,5 faiz artaraq 1 milyon 580 min nəfər təşkil edib. 2013-cü ildə ölkəyə səfər edən əcnəbi sayı 9,8 faiz artımla 34 milyon 910 min nəfər olmuşdu.
Türkiyəni ziyarət edənlər sırasında birinci yeri Almaniyadan gələn turistlər tutur. Ötən il bu ölkədən 5,25 milyon turist (ümumi turist sayının 14,25 faizi) gəlib. İkinci yeri Rusiya vətəndaşları (4,48 milyon nəfər - 12 faiz), üçüncü yeri ingilislər (2,6 milyon nəfər - 7 faiz) tuturlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar