Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını - "Improtex Travel & Tours and Conferences" turizm şirkətini üzvlüyə qəbul edib.
Xarici turistlərin qəbulu üzrə ölkənin ən böyük turizm şirkətlərindən olan "Improtex travel" 1991-ci ildən fəaliyyət göstərir və Azərbaycanın ilk özəl turizm təşkilatıdır. "Improtex Travel & Tours and Conferences" şirkətinin əsas fəaliyyət istiqamətləri Azərbaycan vətəndaşlarının xarici ölkələrə turistik və iş səyahətlərinin təşkili, beynəlxalq reyslər üzrə aviabiletlərin bron edilməsi və satışı, turist qruplarının və beynəlxalq mərasimlərin iştirakçılarının qarşılanması və onlara xidmət göstərilməsi, şəhərimizin sakinləri və qonaqları üçün ekskursiya xidmətlərinin təşkili və s. daxildir. Şirkət Gəncədə, İsmayıllıda (Lahıc), Qaxda filiallara və rayonlar üzrə agent şəbəkəsinə malikdir.
“Improtex travel” həmçinin bir çox beynəlxalq nüfuzlu turizm təşkilatlarının üzvüdür ki, bu sırada ASTA (Amerikanın Səyahət Subyektlərinin Cəmiyyəti) və JATA-nı (Yaponiyanın Səyahət Subyektlərinin Assosiasiyası) qeyd etmək olar. Şirkət qonşu ölkələrin turist şirkətləri ilə birgə "İpək Yolu" alyansı yaradıb və Rusiyanın “Ən Yaxşı Şərq Mehmanxanaları” təşkilatının Azərbaycandakı baş tərəfdaşı və koordinatorudur. MICE (biznes turizm) sahəsinə xüsusi önəm verən şirkət qala tədbirlərin və ekskursiyaların təşkili, logistik xidmət və dəstək təminatı, mehmanxana sifarişi, korporativ tədbir və sorğuların təşkili, tədbir məkanlarının seçilməsi və digər sahələrdə ixtisaslaşıb.
2013-cü ildə yaradılan Azərbaycan Konqreslər Bürosu ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır. Büronun hazırda 22 üzvü var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar