Dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması portalı olan www.booking.com tərəfindən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə aid “Shahdag hotel and SPA” mehmanxanası 2014-cü ilin yekunlarına dair “Mükəmməllik mükafatı”na layiq görülüb.
Portal tərəfindən hər il müxtəlif sorğular əsasında qonaqların rəyi nəticəsində belə mükafatlar təqdim olunur və bu il mükafatçılar sırasında “Shahdag hotel and SPA” mehmanxanası da yer alıb.
Xatırladaq ki, www.booking.com saytının 40 dildə versiyası mövcuddur. Sayt 212 ölkədən 591628 mehmanxana və mehmanxana tipli obyekti təqdim edir və hər gün bu sayt vasitəsilə 750 min otaq satılır.
“Shahdag hotel and SPA” mehmanxanasına bu mükafatın verilməsi Azərbaycanda turizm və hotel biznesinin inkişafına daha bir nümunədir. Bu yaxınlarda “Fairmont Baku” mehmanxanası «Dünya Lüks Hotellər Mükafatı» təşkilatı tərəfindən «Best Luxury Suite Hotel» mükafatına layiq görülüb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar