«Şahdağ»a və «Tufandağ»a həftəsonu turlar

Turizm şirkətləri həftə sonları ölkəmizin qış turizm mərkəzlərinə turlar təşkil edirlər. «Atlas Travel» turizm şirkətinin daxili turizm departamentinin müdiri Şamo Əliyevin qəzetimizə verdiyi məlumata görə, «Şahdağ» və «Tufandağ» komplekslərinə turlarda iştirak etmək istəyənlərin sayı çoxdur. Həftə sonları bu istirahət mərkəzlərində boş yer tapmaq çətinləşir. Yanvarın 24-25-də də bu istiqamətlərdə növbəti turlar təşkil ediləcək.
Birgünlük «Şahdağ» turunun qiyməti cəmi 20 manatdır. Bu qiymətə nəqliyyat xidməti, ekskursiya, peşəkar fotosessiya, bələdçi xidməti, qidalanma və müxtəlif oyunların təşkili daxildir.
Kompleksdə xizək yollarına aparan 3 kanat istifadədədir. Kanat yollarından istifadə 08:00-dan 16:30-dək 25 manat, 08:00-dan 12:30-dək 15 manat, 12:30-dan 16:30-dək isə 15 manatdır. Bu qiymətə kanat yollarından istənilən qədər istifadə etmək olar. Birdəfəlik istifadə isə böyüklər üçün 10 (təcrübəsizlər üçün kanat yolundan istifadə), uşaqlar üçün 6 manatdır. Növbəsiz xizək kirayələmək istəyən turistlər mütləq turun başlamasına 3 gün qalmış ad, soyad, boy, çəki, ayaq ölçüsü və doğum tarixlərini sifariş verdikləri turizm şirkətinə bildirməli və ödəniş etməlidirlər. Xizəyin kirayə qiyməti 20 manatdır.
«Tufandağ» kompleksinə turun qiyməti səhər yeməyi, fotosessiya, nəqliyyat və bələdçi xidməti də daxil olmaqla, 21 manatdır. Burada xizəkdən istifadə etmək istəyənlər üçün 5 xizək yolu fəaliyyətdədir. 2 xizək yolu peşəkarlar, 3 xizək yolu isə təcrübəsizlər üçündür. Tam və yarımgünlük xizək kirayəsi mümkündür. Saat 08:00-dan 16:30-dək xizək kirayə qiyməti 15, yarımgünlük (13:00-dan 16:30-dək) istifadə 10 manatdır. Bu paketlərə xizək, baton, çəkmə daxildir. Əlavə olaraq tam paket, yəni dəbilqə, eynək, gödəkcə, şalvar, əlcəyin kirayəsinin yarım günü 10 manat, tam günü isə 15 manatdır. Xizəkdən istifadə üçün tam paketin qiyməti günlük 30 manat, yarımgünlük 20 manat müəyyənləşdirilib. Snouborddan istifadə qiymətləri də xizəyin qiyməti ilə eynidir. «Tufandağ»da xizək yollarına çıxış və kanatdan istifadənin qiyməti ayrılıqda 10 manatdır.
Hər iki turizm mərkəzində xizək təlimi mərkəzi də fəaliyyət göstərir.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar