Aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AİTF 2015») keçiriləcək. Ənənəvi olaraq keçirilən sərgidə səyahətlər, işgüzar turizm, müalicəvi və istirahət turizmi sahələrində ən son yeniliklər nümayiş etdirilir. AİTF hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkarlarını və qonaqları Azərbaycana toplayır.
Sərginin təşkilatçısı olan «İteca Caspian» şirkətindən qəzetimizə verilən xəbərə görə, artıq 35 ölkədən 400-ə yaxın şirkət qeydiyyatdan keçib. Sərgi gününə qədər iştirakçı şirkətlərin və ölkələrin sayının artacağı istisna deyil.
Məlumatda o da bildirilir ki, builki sərgidə hava yolları, aviadaşıyıcılar və aviaagentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxana və hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.
Tədbirlə eyni günlərdə 9-cu Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi («HOREX Caucasus 2015») keçiriləcək. Sərgidə mehmanxana və restoran biznesinin aparıcı şirkətləri təmsil olunacaq, kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımi avadanlıqlar nümayiş etdiriləcək.

 Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar