Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu “CONVENTA-2015” beynəlxalq işgüzar turizm sərgisində ilk dəfə olaraq ölkəmizi uğurla təmsil edib. Büro 21-22 yanvar tarixində Sloveniyanın Lyublyana şəhərində keçirilən sərgisində xüsusi stendlə iştirak edib.
Sərgi çərçivəsində korporativ və təşviqat görüşləri sahəsini təmsil edən alıcılarla 30-dan çox görüş keçirilib. Tədbir zamanı Azərbaycanın turizm sahəsinə ən çox Rusiya, Polşa, Çexiya, Britaniya və Almaniya kimi ölkələrin təmsilçiləri maraq göstərib.
Dünyanın 50-dən çox ölkəsinin turizm sahəsini təmsil edən şirkət və təşkilatları bir araya gətirən CONVENTA beynəlxalq işgüzar turizm sərgisi xüsusən Cənubi və Şərqi Avropa ölkələrinə istiqamətlənir. Sərgi hər il Türkiyə, Avstriya, İtaliya, Sloveniya, Xorvatiya, Serbiya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Rumıniya və Macarıstan kimi ölkələrdən 120-dən çox peşəkar alıcını cəlb edir.
CONVENTA beynəlxalq sərgisinin iş prinsipi məlumat alınması və qarşılıqlı əməkdaşlıq üzrə platformaların təşkili kimi vacib məsələlərdə üz-üzə biznes görüşlərinin daha effektiv olmasına əsaslanır. CONVENTA turizm sahəsində çalışan şirkət və təşkilatlara fəaliyyətlərinə dəyər qatacaq əlaqələri təmin edə biləcək biznes şəbəkəsi təqdim edir. Sərgi eyni zamanda görüşlərin idarəsi və məkanların marketinqi kimi müxtəlif mövzularda dərin bilik əldə etmək imkanları və ən yaxşı təcrübə nümunələri təklif edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar