«Excelsior Baku» hoteli yeni peşəkar tədris proqramını təklif edir. Hoteldən verilən məlumata görə, proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrini əhatə edir. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulub, proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.
Hotelin İnsan resursları departamentinin meneceri Kamran Rzayevin sözlərinə görə, belə kursların təşkili hər iki tərəf üçün faydalıdır. Tələbələr bilavasitə iş yerlərində praktiki təcrübə keçir, hotelin kadr xidməti isə gələcəkdə namizəd ola biləcək əməkdaşlar əldə edir: «Bu proqram adi tələbə təcrübəsindən xeyli genişdir və gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə kömək edir. Bu gün «Excelsior Baku» hoteli yüzlərlə insan üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar