Turistlər üçün “Travel.ru” portalı 14 fevral - “Sevgililər günü” səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib. Siyahıda Avropanın müxtəlif ölkələrinin romantik həftəsonu üçün münasib olan 20 şəhəri yer alıb. Sevgililər üçün cəlbedici şəhərlər arasında Bakı da qeyd olunub.
Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır.
Siyahıda birinci yerdə Latviyanın paytaxtı Riqa, növbəti yerlərsə İstanbul, Lyublyana, Praqa, Tallin, Budapeşt qeyd olunub. Bakı iyirmilikdə 7-ci sıradadır. Siyahıda Vyana, Lissabon, Florensiya, Nitsa, Roma, Berlin, Barselona, Amsterdam, Paris, Bürügge, Kopenhagen, Venetsiya, London da yer alıb.
Fariz Hüseynov