Fevralın 8-də "Şahdağ" Turizm Mərkəzində "Red Bull Shakh Carpet" idman yarışı keçiriləcək.
Artıq ikinci dəfə təşkil olunan yarışın (hərfi tərcüməsi "Red bulla Şah xalça”) xüsusi geyimli iştirakçıların tramplin və soyuq su ilə dolu hovuz olan dağ enişindən köməkçi vasitədən istifadə edərək aşağı enməsindən ibarətdir. Eniş üçün istifadə edilən əsas alət, iştirakçıların məxsusi yarışma üçün hazırladıqları xalça olacaq.
"Şahdağ" Turizm Mərkəzi qış turizmi və idman həvəskarlarını bu tədbirdə iştirak etməyə dəvət edir. Qeydiyyatdan keçmək üçün iştirakçılar tərəfindən komandanın kreativ konsepsiyasını və qeyri-adi ad fikirləşmək, maraqlı geyim hazırlamaq və xalça ilə sürüşmək üçün alət yaratmaq lazımdır.
Qeyd edək ki, "Red Bull Shakh Carpet" yarışı ilk dəfə ötən il fevralın 22-də keçirilib. Yarışda 23 komanda iştirak etmişdi.
Mətbuat nümayəndələri üçün tədbir günü "Şahdağ" Turizm Mərkəzinə səfər təşkil olunacaq.
Əlaqə: natia.amiridze@ge.redbull.com







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar