see.place saytında ölkəmizin turizm imkanlarından bəhs olunub

Azərbaycanın turizm imkanları barədə "see.place" saytında məqalə dərc edilib. Məqalədə Azərbaycana səfər etməyin 10 mühüm səbəbi qeyd olunub.

Azərbaycanda dünyanın 11 iqlim qurşağından 9-u müşahidə olunur.
Planetimizdə ən böyük duzlu göl - Xəzər dənizi növbəti səbəbdir.
UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmiş iki məşhur abidə: Qobustan Milli Tarixi-Bədii Qoruğu və İçərişəhər Tarixi-Memarlıq Qoruğu.
Nadir müalicəvi kurort - nadir bioloji xassələrinə görə planetimizdə analoqu olmayan müalicəvi Naftalan nefti. Bu gün Naftalan kurortunda 70-dək xəstəlik müalicə edilir.
Yer üzündə mövcud olan 800 palçıq vulkanından 350-si Azərbaycan ərazisindədir.
Azərbaycan mətbəxi Şərqdə ən maraqlı mətbəxlərdən biridir. Bu mətbəx çoxlu sayda ət, balıq və göyərti xörəkləri ilə zəngindir.
İpək Yolu üzərində yerləşən Şəki şəhəri Qafqazın ən qədim yaşayış məskənlərindən biridir.
Qədim zamanlardan bəri Azərbaycan “Odlar yurdu” kimi tanınıb. Bu da təsadüfi deyil, çünki Abşeron yarımadası neft və qazla zəngindir. Yanan qazların yerin səthinə çıxması ilahi möcüzə hesab olunur və bura dünyanın hər yerindən adamları cəlb edirdi. Bu məkanlarda inşa edilən məbədlərdən biri Atəşgahdır.
Bakı bulvarı məqsədindən asılı olmayaraq, Azərbaycana gələnlər üçün ən cəlbedici yerdir.
Tarixi görməli yerləri ilə yanaşı, müasir Bakının yeni rəmzləri də yaranıb. Bunlar "Flame Towers", Heydər Əliyev Mərkəzi və Kristal Zaldır.
Qeyd edək ki, materiala 1,4 milyondan çox izləyici baxıb. Məqaləni bu linkdən oxumaq olar: