Azərbaycan Turizm Assosiasiyasının (AZTA) icraçı direktoru Aytən Əliyeva və qurumun idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyi və müəllim heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda turizmin inkişafında qarşıya çıxan problemlər, turizm sənayesi üçün kadrların hazırlanması məsələləri müzakirə olunub. ATMU-nun müəllim heyəti üçün Amerikanın Qonaqpərvərlik İnstitutunun (AHLEİ) proqramlarını keçmək, ölkənin regionlarına təşkil edilən turlarda onların iştirakını təmin etmək, Azərbaycanda fəaliyyət göstərən brend hotellərin menecerlərinin universitetdə mühazirələrini təşkil etmək və turizm və hotel biznesinə dair bir çox məsələlər də diqqətə alınıb.
Sonda Azərbaycan Turizm Assosiasiyası ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması barədə təkliflər dinlənilib.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar