Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Dünya Bankı tərəfindən hazırlanmış regional tədqiqatlar və Şimal-Qərb dəhlizi üzrə turizmin inkişafı layihəsinin təqdimatı məqsədilə Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının və İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.
Qeyd olunan layihədə Şimal-Qərb dəhlizinə (Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) daxil olan şəhər və rayonlarda turizm infrastrukturunun müasir tələblərə uyğun qurulması, yeni turizm məhsullarının yaradılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, turizmlə birbaşa və dolayısı ilə bağlı olan kiçik və orta sahibkarların dəstəklənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, qabaqcıl marketinq tədbirləri ilə bölgədə turizmin kompleks şəkildə inkişafı nəzərdə tutulub.
Görüş zamanı Dünya Bankının əməkdaşı Əhməd Eiveida tərəfindən layihə barədə ətraflı məlumat verilib və layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar