Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması istiqamətində daha bir addım atıb. Konqreslər Bürosu ölkənin aparıcı ali təhsil ocaqlarından olan Qafqaz Universitetində görüş keçirib. Görüşdə əsas müzakirə mövzusu 2016-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi (AICT) üzrə 10-cu Beynəlxalq Konfransa ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi olub. AICT müxtəlif ölkələrin informasiya texnologiyaları və xidmətləri sahəsində çalışan iş adamlarını, tədqiqatçıları, alimləri, proqram təminatı mühəndislərini və yenilikçi ideyaları olan peşəkarları bir araya gətirən bir platformadır.
Görüşdə bu nüfuzlu tədbirin Bakıda keçirilməsinə nail olmaq üçün hansı işlərin görülməsi barədə fikir mübadiləsi aparılıb. Büronun Qafqaz Universitetinə tədbirin planlaşdırılması, reallaşdırılması, koordinasiyası kimi təşkilati məsələlərdə necə yardımçı ola biləcəyi, habelə universitetin “AICT-2016”-nın təşkilində elmi cəhətdən verəcəyi töhfələr müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirmək barədə də fikir bildiriblər.
Qeyd edək ki, dekabr ayında Azərbaycan Konqreslər Bürosunun ölkənin ali təhsil müəssisələri ilə birgə iclasında ölkəmizin beynəlxalq aləmdə geniş tanıdılması yolları müzakirə edilmişdi.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar