Bu ilin iyununda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar mart və aprel aylarında Bakıda və Mingəçevirdə mehmanxana əməkdaşları üçün kurslar təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin sözlərinə görə, Mingəçevirdə kurslar 3-10 mart tarixində reallaşdırılacaq. Kurslara təkcə Mingəçevirdə deyil, eyni zamanda Gəncə və Naftalanda fəaliyyət göstərən mehmanxanaların əməkdaşları da cəlb olunacaq: «Bildiyiniz kimi, Avropa Oyunları zamanı su idmanı üzrə bəzi yarışlar Mingəçevirdə keçiriləcək. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi mehmanxana əməkdaşları üçün ənənəvi təlim-tədris kurslarının bu il bu şəhərdə də reallaşmasını məqsədəuyğun hesab etdi. Kurslarda 100 nəfərin iştirakı nəzərdə tutulur. Beş istiqamət - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası üzrə kursları Türkiyədən dəvət olunmuş müəllimlər keçəcək. Onlar Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Tədris şöbəsinin əməkdaşlarıdır və mehmanxana sahəsində böyük təcrübəyə malik mütəxəssislərdir».
Cəfər Qarayev onu da qeyd etdi ki, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin əməkdaşlığı çərçivəsində belə kurslar ildə bir neçə dəfə təşkil olunur. Ötən ilin may ayında İsmayıllıda, iyunda Xaçmazda, noyabr ayında isə «Şahdağ»da keçirilən üç kursda ümumilikdə 460 nəfər mehmanxana əməkdaşı iştirak edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar