Özbəkistanın silkway.uz portalında “Şahdağ” turizm mərkəzi haqqında geniş material dərc edilib. Rus dilində verilən “Şahdağ Qafqazın mirvarisi, Azərbaycan təbiətinin möcüzəsidir” adlı məqalədə ölkəmizin təbiəti və turizm imkanlarından söz açılır. Qeyd olunur ki, Azərbaycan təbiəti gözəlliklər sərgisidir, dünyada olan 11 iqlim qurşağından 9-u burada müşahidə olunur. Müəllif yazır ki, “Şahdağ” turizm mərkəzi həm qış, həm də yay turizmi üçün çox əlverişlidir.
Materialda bu layihə çərçivəsində həyata keçirilən işlər, yaradılan turizm infrastrukturu, xidmət sahələri haqqında geniş məlumat verilir. Müəllif Özbəkistan turistlərini bu gözəl məkana istirahətə dəvət edir.
Fəxriyyə Abdullayeva