Azərbaycanla Sloveniya arasında sıx əlaqələr mövcuddur. Qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına zəmin yaradır. Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankaradadır) Milan Yazbeçin sözlərinə görə, bu ölkənin Prezidentinin və xarici işlər nazirinin Azərbaycana səfəri nəzərdə tutulub: “Siyasi dialoqun bir məqsədi də iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Hazırda əmtəə dövriyyəsi 15 milyon dollardır, biz bu göstəricini artırmağa çalışırıq».
Diplomat bildirib ki, martın 3-4-də Bakıda keçiriləcək Sloveniya mədəniyyəti günləri çərçivəsində Azərbaycan paytaxtına iş adamlarından ibarət nümayəndə heyəti də səfər edəcək. Səfir deyib ki, Azərbaycan Sloveniya kimi kiçik ölkə olsa da, enerji məsələləri baxımından çox güclü imkanlara malikdir.
O bildirib ki, bu ilin yayında iki ölkə arasında çarter reyslərinin açılması üzrə danışıqlar aparılır. Aviareysin açılması turizm əlaqələrinin inkişafına təkan olacaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar