“The Washington Times” qəzetində Tovuz rayonundan bəhs edilib

ABŞ-ın “The Washington Times” qəzetində “Tovuz, qədimlik və təbii gözəllik məkanı” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Tovuz rayonundakı qədim tikililər, Hacı Bağır məscidi, Kirzan məbədi və digər abidələr haqqında məlumat verilir.
Yazıda bölgənin turizm imkanlarından da söz açılır və qeyd edilir ki, rayon dağlıq əraziləri kəşf etməyi xoşlayan təbiətsevərlər üçün əlverişli məkandır. Həmçinin rayonun zəngin flora və faunası barədə bəhs edilir. Bildirilir ki, rayonun Çataq kəndindəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan minerallarla zəngindir. Müəllif rayonun şərabçılıq sənayesi, “Tovuz-Baltia” şərabçılıq şirkəti barədə məlumat verir, Tovuzun zəngin mətbəxindən də söhbət açır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar