Tədbirdə iki sektorun əməkdaşlığına dair Azərbaycan təcrübəsi diqqətə çatdırılıb

Xəbər verdiyimiz kimi, 4-6 fevral tarixində Kambocanın Siem Reap şəhərində "Turizm və mədəniyyət üzrə dünya konfransı: yeni əməkdaşlığın qurulması" adlı tədbir keçirilib. Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), UNESCO və Kamboca hökumətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Ramil Abbəkirov iştirak edib.

Kamboca kralı Norodom Sihamoni, baş nazir Hun Sen, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, 40-dan çox ölkədən nazirlərin, digər yüksək vəzifəli şəxslərin qatıldığı konfransda mədəniyyət və turizm sahələrinin qarşılıqlı təsiri və yeni əməkdaşlıq imkanları araşdırılıb.
Konfransda "Nazirlərin dialoqu" sessiyası və "Mədəniyyətin təşviq edilməsi və qorunması", "Yaşayan mədəniyyət və kreativ sənayelər", "Mədəni marşrutların əsasında insanların bir araya gətirilməsi" və "Mədəni turizmin köməkliyi ilə şəhərlərin dəyişməsi" mövzusunda tematik sessiyalar keçirilib.
"Nazirlərin dialoqu" sessiyasında çıxış edən Nazim Səmədov konfransda yeni ideyaların müzakirəsinin əhəmiyyətini vurğulayıb. Mədəniyyət və turizm sektorlarının dialoqunun davam etdirilməsinin vacibliyini qeyd edən nazir müavini bildirib ki, özəl sektor və digər maraqlı tərəflər bu prosesə cəlb olunmalıdır. İki sektorun əməkdaşlığının zəruriliyini diqqətə çatdıran Nazim Səmədov Azərbaycanda 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı əsasında yaradılmış Mədəniyyət və Turizm Nazirliyini uğurlu təcrübə kimi misal gətirib.
Çıxışının sonunda nazir müavini tədbirin iştirakçılarını bu il Bakıda keçiriləcək iki tədbirə: 18-19 may tarixində - III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna və 12-28 iyun tarixində - Bakı Avropa Oyunlarına dəvət edib.
Konfrans çərçivəsində keçirilən tematik sessiyalarda da nazir müavini Azərbaycanın mövqeyini və mövzu ilə bağlı təcrübəsini auditoriyaya çatdırıb.
Tədbir gedişində nazir müavini DTT-nin baş katibi Taleb Rifai, Kambocanın turizm naziri Thong Khon, mədəniyyət və incəsənət naziri Phoeurng Sackona, Çin Milli Turizm Administrasiyasının vitse-prezidenti Vu Venxue, Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoang Tuan Anh, Hindistanın Turizm Nazirliyinin katibi Lalit Panvar, Koreyanın mədəniyyət, idman və turizm naziri Kim Jongdeok, Tailandın turizm və idman naziri Kobkarn Vattanavrangkul, Litva iqtisadiyyat nazirinin müavini Rasa Noreikiene, Yaponiya Turizm Agentliyinin siyasi məsələlər üzrə baş direktoru Daishiro Mishimori, Rusiya Mədəniyyət Nazirliyinin Turizm üzrə agentliyinin direktor müavini Nikolay Korolyov və digərləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrinin qlobal şəkildə inkişaf etdirilməsinin perspektivləri müzakirə edilib, qarşı tərəflər Bakıda 2-4 aprel tarixində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə dəvət olunub.
Konfrans çərçivəsində Kambocanın baş naziri Hun Sen nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib, Kral Norodom Sihamoni isə Angkor Tom məbədində konfrans iştirakçılarını qarşılayıb və şam yeməyinə dəvət edib. Ölkənin turizm potensialını nümayiş etdirmək məqsədilə tədbir iştirakçılarının UNESCO-nun “Dünya irs siyahısı”na daxil edilmiş Angkor Vat məbədinə və UNESCO-nun “Biosfer ehtiyatlar siyahısı”na daxil edilmiş Tonle Sap gölünə səfərləri təşkil edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar