«Azərbaycana hər il təqribən 2,4-2,5 milyon əcnəbi turist gəlir. Onlardan 600-800 min nəfəri Rusiyanı təmsil edir». Bu barədə jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, Azərbaycana əsas turist axını məhz həmsərhəd ölkələrdən gəlir. Sonrakı yerləri Avropa və Cənub-Şərqi Asiya ölkələri tutur. Ölkəmizə daha çox turist qrupu Rusiyadan gəlir.
Şöbə müdiri qeyd edib ki, iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı turist axınının xeyli artacağı gözlənilir: “Bakıda «Eurovision-2012» mahnı müsabiqəsinin final mərhələsi keçirilərkən 50 minə yaxın qonaq gəlmişdi. Onlardan 6-7 mini müsabiqənin iştirakçıları və nümayəndə heyətlərinin üzvləri idi. Müsabiqənin keçirildiyi vaxt 15 gün ərzində Azərbaycan sərhədindən keçmiş insanların sayı 103 min nəfər olub, halbuki adi vaxtda bu göstərici 30-40 min nəfər həddində olur».

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar