Ölkəmiz “Conde Nast Traveller” sərgisində 35 turizm şirkəti və mehmanxana ilə təmsil olunacaq

Martın 17-də Moskvada “Conde Nast Traveller” dəbdəbəli səyahət yarmarkası (Conde Nast Traveller Luxury Travel Fair) təşkil olunacaq. Azərbaycan ölkələr üzrə ixtisaslaşdırılmış “Conde Nast Traveller” dəbdəbəli səyahət yarmarkasının 2015-ci ildə turizmin bütün aspektləri üzrə rəsmi tərəfdaşı seçilib.
Dünyanın aparıcı səyahət “Conde Nast Traveller” jurnalının dəstəyi ilə təşkil ediləcək sərgi bir gün davam edəcək. Bu, dünyada turizmi mükafatlandırma üzrə “Conde Nast” nəşriyyatı tərəfindən təşkil olunan, Şərqi Avropada Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü olan yeganə sərgidir.
Tədbir peşəkar təcrübə, yeni tərəfdaşlar tapmaq, işgüzar əlaqələr qurmaq və genişləndirmək üçün yeni imkanlar açır. Sərginin üzvləri turizm biznesinin inkişafı sahəsində ən son tendensiyalar haqqında məlumatı öyrənir, müvafiq sahələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparır, dünyanın uğurlu və nüfuzlu turizm mütəxəssisləri ilə fikir mübadiləsi edirlər.
Sərgidə Rusiya və Şərqi Avropadan turizmin 800-dən artıq aparıcı nümayəndəsinin iştirakı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, yarmarkada ilk dəfə olaraq ölkəmizin genişmiqyaslı turizm sahələri nümayiş ediləcək. Azərbaycan bu möhtəşəm sərgidə 35 turizm şirkəti və mehmanxana ilə təmsil olunacaq. “Conde Nast Traveller” dəbdəbəli səyahət yarmarkasında ölkəmizin turizm potensialının geniş şəkildə təbliği üçün bizə geniş yer ayrılacaq. Sərginin qala-gecəsində Azərbaycan musiqisi səsləndiriləcək, rəqslərimiz ifa olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar