Fevralın 21-də Bakıdakı «28 Mall» ticarət mərkəzində 2-ci «Mövsüm Səyahət Yarmarkası» keçiriləcək. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək yarmarkada 20-dək turizm şirkəti və mehmanxana öz məhsullarını təqdim edəcək.
Daxili turizmin dəstəklənməsi və təbliği məqsədi daşıyan növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil edilir. Yarmarkada Azərbaycanda reallaşdırılacaq Novruz turları, Bakıdakı və regionlardakı hotellərdə, istirahət mərkəzlərində keçiriləcək bayram proqramları və bu münasibətlə hazırlanan turpaketlər barədə məlumatlar veriləcək. Tədbir saat 12.00-dan 20.00-dək davam edəcək.
Qeyd edək ki, 1-ci «Mövsüm Səyahət Yarmarkası» ötən ilin noyabrında keçirilib.

Fəxriyyə Abdullayeva